Karantini pozan kafe və restoranlar - SİYAHI

Karantini pozan kafe və restoranlar - SİYAHI

Hazırda oxunan: Karantini pozan kafe və restoranlar - SİYAHI

32957

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yeni növ koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə avqustun 15-də ölkə üzrə 405 ictimai iaşə obyektində 691 monitorinq keçirilib.

Bizim.Media-ya AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
 

MÖVZU İLƏ BAĞLI:

Karantin qaydalarını pozan müəssisələr cərimələndi - SİYAHI 


1. Bakı şəhəri, Səbail rayonu‎, T. Əliyarbəyov küç., ev 14m ünvanında yerləşən, hüquqi şəxs Özsüt Azerbaijan MMC-yə məxsus “Özsüt” restoranı;

2 .Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çoban oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs Es-Er MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs Beat Restaurants MMC-yə məxsus restoran;

5. Bakı şəhəri, Nəsimi rayonu, Səfəroğlu küçəsi 170 ünvanında yerləşən, fiziki şəxs Şahmurov Natiq Aqil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küç., ev 67, m. 3 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;

7. Bakı şəhəri, Nərimanov rayonu, Neymətulla küçəsi 80 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ruslan Arif oğluna məxsus kafe.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO