Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı səfərdə iştirak edən QHT sədrlərindən biri olan Niyaməddin Orduxanlı yayıb.
Onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər.
Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:02 / 16.08.2021
QHT rəhbərləri Ağdama getdi
Hazırda oxunan: QHT rəhbərləri Ağdama getdi
Hazırda oxunan: QHT rəhbərləri Ağdama getdi
32851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.