Təhsil Nazirliyindən şagirdlərin X sinfə qəbulu ilə bağlı MƏLUMAT

Təhsil Nazirliyindən şagirdlərin X sinfə qəbulu ilə bağlı MƏLUMAT

Hazırda oxunan: Təhsil Nazirliyindən şagirdlərin X sinfə qəbulu ilə bağlı MƏLUMAT

32845

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.

Bildirilib ki, övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO