Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Hazırda oxunan: Şəhid anası vəfat etdi – FOTO

32774

Balakən rayonunun Katex kəndindən olan Vətən müharibəsi şəhidi Yusif Təmirovun anası Məkkə Təmirova dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Onların sözlərinə görə, şəhid anası oğlunun vəfatından sonra psixoloji sarsıntı keçirib, vəziyyəti getdikcə pisləşib və vəfat edib.

Qeyd edək ki, 25 yaşlı Y. Təmirov II Qarabağ müharibəsinin iştirakçısı olub. O, Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Y. Təmirov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO