Virusun region ölkələrində yayılması Azərbaycan üçün siqnaldır – Millət vəkili qapanmadan danışdı

Virusun region ölkələrində yayılması Azərbaycan üçün siqnaldır – Millət vəkili qapanmadan danışdı

Hazırda oxunan: Virusun region ölkələrində yayılması Azərbaycan üçün siqnaldır – Millət vəkili qapanmadan danışdı

32715

Virusun yeni ştammlarının region ölkələrində yayılmasının Azərbaycan əhalisi üçün də siqnaldır.

Bizim.Media-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov deyib.

O, payız aylarında koronavirusun yeni ştammlarının insanlıq üçün yarada biləcəyi təhlükənin hələ ki, qarşımızda dayandığını bildirib:

“Payız aylarında gözlənilən təhlükələrin qarşısının alınması da zamanında olunan peyvəndlər vasitəsilə gerçəkləşə bilər. Virusa yoluxmuş olsaq belə, vaksin olunmaqla 6 aydan sonra yenidən üçüncü dozanın qəbul olunması gələcəkdə yoluxmaların sayının azaldılmasına və ya yoluxma zamanı həyatı təhlükənin minimuma endirilməsinə mühüm təsir göstərər”.

Rəşad Mahmudov qeyd edib ki, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO