20 qəpiklik maskada gizlənən TƏHLÜKƏ – Ekspertlərdən XƏBƏRDARLIQ 

20 qəpiklik maskada gizlənən TƏHLÜKƏ – Ekspertlərdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: 20 qəpiklik maskada gizlənən TƏHLÜKƏ – Ekspertlərdən XƏBƏRDARLIQ 

32633

Pandemiya tibbi maskaları gündəlik həyatımızın ayrılmaz istifadə vasitələrindən birinə çevirib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, pandemiya dönəmində gündəlik istifadə etdiyimiz bu qoruyucu vasitə həm də ölüm mənbəyi ola bilər.

Çünki...

*Onların istifadə qaydalarına çox az adam riayyət edir. 

*20 qəpiklik maska aylarla dəyişdirilmir.

Bir tərəfdən də bu qaydalara əməl etmək heç də asan deyil. Hətta bəzi qaydalara əməl etmək mümkünsüz görünür.

Birinci məsələ: Məsələn, əlləri yumamış maska taxmaq olmaz. Bu o deməkdir ki, maskanı evdən çıxmazdan əvvəl taxmalı və gedəcəyimiz yerin yaxın və uzaqda yerləşməsindən asılı olmayaraq, yol boyu taxmalıyıq. Bu xüsusilə isti havalarda mümkünsüz görünür. Həm də açıq hava şəraitində, ətrafımızda heç kim yoxdursa, niyə maska taxmalıyıq? Bu həm də isti havada yürüyərkən səhhətimiz üçün zərərlidir...

İkinci məsələ: Maska taxmağın müddəti ilə bağlı qaydalarla əməl olunmur.

Xatırladaq ki, bir maskanın istifadə müddəti belədir:

Mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir;

Tozlanma şərtlərində dəyişmə, hər 3-4 saatdan bir tələb olunur;

Adi şərtlərdə vasitənin daşınma müddəti maksimum – 6 saatdır.

Çirklənmiş maskaların özü də xəstəlik mənbəyi hesab olunur. 
 

Beynəlxalq ekspertlər bildirirlər ki, maskalardan düzgün istifadə etməmək gözlərdə və üz dərisində xəstəliklər yarada bilər. 


Bir dəfədən artıq istifadə göz yaşı yolu iltihabı, dəridə səpgi və qaşıntılara səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxdu – GÜNLÜK STATİSTİKA


Əsas məsələ maskanı sadəcə qaydalara uymaq məqsədi ilə taxıb onun tez-tez dəyişdirilməsinə önəm verməsək, burada toplaşan müxtəlif mikroblar nəfəs aldığımız zaman bir baha orqanizmə daxil olaraq daha ciddi xəstəliklər törədə bilər. Hətta uzun zaman yaşaya bilən COVİD 19 virusu üçün ağzımızdakı vaxtı keçmiş maska yaxşı sığınacaq yeridir.

Özünüzə qarşı xəsislik və tənbəllik etməyin! Qaydalara əməl edin ki, sağlam qalasınız! 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO