Azərbaycanda xəstənin mədəsi dəri altına çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə həkim radioloq Aydın Əliyev feysbuk hesabında paylaşım edib.
"Pasiyent qarnını göstərib dedi ki, "həkim, mədəm dərialtına çıxıb". Əvvəlcə inanmadım. Daha sonra yoxlamalara başladıq.
Mədənin kontrastlı Rentgenoskopiyası və Rentgenoqrafiyasını etdim. Gördüm ki, həqiqətən mədənin cismi, bucaq və antral hissəsi qarnın ön divarındakı yırtıqdan dərialtına çıxıb”- o qeyd edib.
Bizim.Media