Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt sakinlərinə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt sakinlərinə XƏBƏRDARLIQ

Hazırda oxunan: Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt sakinlərinə XƏBƏRDARLIQ

0:00
0:00
32485

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda görə, bildirilir ki, son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində sabah, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dezinfeksiya həftəsi elan edildi - FOTO


Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO