“Zəfər Paradındakı “Harop” tərəfdaşlığımıza paxıllıq edənlərə real cavab idi”

“Zəfər Paradındakı “Harop” tərəfdaşlığımıza paxıllıq edənlərə real cavab idi”

Hazırda oxunan: “Zəfər Paradındakı “Harop” tərəfdaşlığımıza paxıllıq edənlərə real cavab idi”

32436

Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması İsrail dövlətində rəsmi Bakı tərəfindən səfirliyin açılması yolunda ilk addım oldu.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Amerikanın "Jewish Press" nüfuzlu yəhudi media platformasının və qəzetinin jurnalisti Raxel Avraama eksklüziv müsahibəsində bildirib.

"Avrasiyada heç bir ölkə İsraillə Azərbaycandan daha yaxın, isti, strateji, daha səmimi və dostluq münasibətlərinə malik deyil", - deyən Arye Qut vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda İsrailin mühüm strateji tərəfdaşının məhz Azərbaycanın olması və İsrail ilə hərbi-strateji tərəfdaşlıqdan hər cür texnoloji üstünlük əldə etməsi ilə barışa bilmir.

Arye Qut onu da vurğulayıb ki, Ermənistan Azərbaycanın İsrailin kritik strateji tərəfdaşı olması faktını qəbul edə bilmir.

"İki ölkə arasındakı münasibətlər təəccüb doğurur, çünki Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Buna baxmayaraq, azərbaycanlılarla yəhudilər arasında əbədi dostluq əsrlər boyu inkişaf edib.

Bir çox digər xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri əcnəbi hesab etmirlər və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşırlar. ", - deyə israilli ekspert qeyd edib.

Arye Qut bildirib ki, 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri və İsrailin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi yardım Azərbaycanla İsrail arasında sıx və möhkəm hərbi-texniki və strateji tərəfdaşlığın olduğunu bir daha təsdiqləyib.

Arye Qutun sözlərinə görə, Azərbaycanın 2020-ci ilin dekabrında Zəfər paradında İsrail silahlarının bir hissəsini, məsələn, 12.7 mm NSV pulemyotlu SandCat-Stormer zirehli maşınları, SPIKE-ER, NLOS, LAHAT tank əleyhinə idarə olunan raketləri, 120 mm SPEAR minaatanları, çoxsaylı PUA-ları (Orbiter-1KM, Orbiter-2B, Orbiter-3B, Orbiter-4, Aerostar-BP, Heron, Hermes-450, Hermes-900 və Harop) nümayiş etdirməsi faktı strateji tərəfdaşlığımıza paxıllıq edənlərə real və səmimi cavab idi.

"Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğradı. 44 gün ərzində "şanlı erməni ordusu"nun imici məhv edildi, bu işğalçı ordu isə darmadağın edildi. Üç ay əvvəl mən azad edilmiş ərazilərdə idim və ilk andan məndə elə təsəvvür yarandı ki, sanki işğal zamanı bu əraziyə qorxunc bir vəba gəlmişdi", - deyə Arye Qut bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO