Şəhid zabitin xatirəsi anıldı - FOTO

Şəhid zabitin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Şəhid zabitin xatirəsi anıldı - FOTO

32431

Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahovun xatirəsi anılıb. 

Bizim.Media-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, igid zabitimiz Ə.Pənahovun doğum günü münasibəti ilə İkinci Şəhidlər xiyabanda onun məzarı ziyarət edilib.

Nəzərə çatdırılıb ki, Ə.Pənahov 1990-cı il avqustun 12-də Gürcüstan Respublikasının indiki Bolnisi rayonunun Musopriani (tarixi Babakişililər) kəndində doğulub.

2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc leytenant kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
 

Sağlığında Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.


Bildirilib ki, Vətən müharibəsində iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik göstərdiyinə görə döyüş orden və medalları ilə təltif olunması haqqında müvafiq təqdimatlar göndərilib və ölümündən sonra o, bu il ilk dəfə qeyd edəcəyimiz Zəfər Günündə, layiq layiq olduğu mükafatlarla təltif olunacaqdır. 

Tədbir "Qələbə marşı" nın sədaları altında başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO