Türkiyənin bu universitetinin diplomu Azərbaycanda tanınmır – SƏBƏB

Türkiyənin bu universitetinin diplomu Azərbaycanda tanınmır – SƏBƏB

Hazırda oxunan: Türkiyənin bu universitetinin diplomu Azərbaycanda tanınmır – SƏBƏB

32401

Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanununa əsasən dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır.

Qeyd olunub ki, Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb:

“Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurum tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur”.

Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlər arasında Anadolu Universitetinin də adı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO