Şəhidin medalı atasına təqdim edildi - FOTO

Şəhidin medalı atasına təqdim edildi - FOTO

Hazırda oxunan: Şəhidin medalı atasına təqdim edildi - FOTO

32374

Bu gün Qusarda Vətən Müharibəsi şəhidi Ənvər Şıxəliyevin daha bir təltifi ailəsinə çatdırılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti adından Müdafiə naziri Zakir Həsənovun şəhidi təltif etdiyi "Şücaətə görə" medalı Ənvərin atası Vadim Şıxəliyevə təqdim edilib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəis müavini Müseyib İbrahimov Ənvər Şıxəliyev kimi igidlərimizin canı bahasına tarixi qələbəmizi qazandığımızı diqqətə çatdırıb.

Qeyd edək ki, 20 yaşlı Ənvər Şıxəliyev 2020-ci il oktyabr ayının 29-da Şuşada şəhid olub.

O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunması" medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO