Minatəmizləyənlərə hansı sosial güzəştlər edilə bilər? – Deputatdan TƏKLİF 

Minatəmizləyənlərə hansı sosial güzəştlər edilə bilər? – Deputatdan TƏKLİF 

Hazırda oxunan: Minatəmizləyənlərə hansı sosial güzəştlər edilə bilər? – Deputatdan TƏKLİF 

32312

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləyənlərin üzərinə daha çox görəv düşüb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı”.

Bizim.Media xəbər verir ki, bu təkliflə iqtisadçı millət vəkili Vüqar Bayramov “facebook” hesabında çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


O, minatəmizləyənlər üçün tətbiq edilə biləcək güzəştləri sadalayıb:

1. Mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsinə məqəsədə uyğundur. 

2. Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik.

3. ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var.

4. Maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO