Əmisi oğlunu öldürmək istəyən şəxsin işi məhkəməyə göndərildi

Əmisi oğlunu öldürmək istəyən şəxsin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Əmisi oğlunu öldürmək istəyən şəxsin işi məhkəməyə göndərildi

32306

2021-ci ilin fevralın 9-da İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində “Toyota Land-Cruiser” markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO