Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 619 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 12.08.2021
Ötən gün neçə nəfər toya buraxılmayıb?
Hazırda oxunan: Ötən gün neçə nəfər toya buraxılmayıb?
Hazırda oxunan: Ötən gün neçə nəfər toya buraxılmayıb?
32292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.