Şənbə və bazar nəqliyyat qadağası ləğv ediləcək – Amma ŞƏRT VAR 

Şənbə və bazar nəqliyyat qadağası ləğv ediləcək – Amma ŞƏRT VAR 

Hazırda oxunan: Şənbə və bazar nəqliyyat qadağası ləğv ediləcək – Amma ŞƏRT VAR 

32085

Bir ildən artıqdır ki, Bakıda şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmir. Bu müddət ərzində yalnız futbol üzrə Avropa çempionatının keçirildiyi qısamüddətli dövr istisna təşkil edib. 

Bu məhdudiyyət əhalinin narazılığına səbəb olur. Sosial şəbəkələrdə də narazılıqlarını dilə gətirən paytaxt sakinləri vaksinasiya olunanların sayının çox olmasını əsas gətirərək, bu məhdudiyyəti effektsiz hesab etdiklərini bildirirlər. 

Vaksinasiya sayı 5 milyonu keçdiyi halda ictimai nəqliyyatın fəaliyyəti niyə bərpa olunmur?  
 

MÖVZU İLƏ BAĞLI:

Son 6 ayda neçə müntəzəm marşrut xətti yaradılıb? – RƏSMİ AÇIQLAMA


Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, vaksinasiya olunan əhalinin sayı 5 milyonu keçsə də, kütləvi immunitet iki doza peyvənd alındıqdan sonra yaranır: 

“Əhalinin 80 faizinin iki dozada vaksinasiya olunmasının vacibliyi nəzərə alınarsa, bu 6,5 milyon adam edir. İndi yoluxma sayının artmasının səbəbi də peyvənd olunmuş əhalinin sayının bu faizdən aşağı olması ilə bağlıdır və bu da risk faktorudur”.

Müşfiq Məmmədli yay fəslində daxili miqrasiyaların – bir bölgədən digərinə gediş-gəlişin artmasının da yoluxma sayına təsir etdiyini dedi:

“Yoluxma sayında artımın olması hələ bəzi qadağaların qalmasını məqsədəmüvafiq edir”.

Şənbə və bazar günləri ictimai nəqliyyatla bağlı tətbiq olunan qadağanı effektiv hesab edirsiz?

Müşfiq Məmmədli qadağanı efektiv hesab etdiyini deyib: 

“Çünki şənbə və bazar günləri şəhərdaxili miqrasiyalar artır. İctimai nəqliyyatda kütləvilik təmasları artırır”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO