Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb.
Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:58 / 10.08.2021
Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO
32068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.