Həlak olan hərbi qulluqçu dəfn edildi - YENİLƏNİB - FOTO

Həlak olan hərbi qulluqçu dəfn edildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Həlak olan hərbi qulluqçu dəfn edildi - YENİLƏNİB - FOTO

31989

Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu Oğuzda dəfn edilib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.


***

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.

Bizim.Media xəbər verir ki, 1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO