Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var

Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var

Hazırda oxunan: Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var

31967

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, 59 yaşlı Mənsim Qəhrəman oğlu Quliyev Gəndov kəndində gecə saatlarında idarə etdiyi "Opel"markalı avtomobillə Samur-Abşeron kanalına düşüb və həyatını itirib. 

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsünün meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Qəzanın hansı şəraitdə baş verməsi Şabran rayon polis şöbəsinin istintaq bölməsində araşdırılır.

Qeyd edək ki, Mənsim Quliyev rayonda özəl kənd təsərrüfatı müəssisəsində baş mühasib işləyib.

Aytəkin Alxaslı “Bizim.Media”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO