Şəmkirdə maskalı şəxslər ev sahibini döyərək əllərini və ayaqlarını bağladılar

Şəmkirdə maskalı şəxslər ev sahibini döyərək əllərini və ayaqlarını bağladılar

Hazırda oxunan: Şəmkirdə maskalı şəxslər ev sahibini döyərək əllərini və ayaqlarını bağladılar

31885

Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO