Ötən gün Azərbaycanda 77 yanğın olub - FHN

Ötən gün Azərbaycanda 77 yanğın olub - FHN

Hazırda oxunan: Ötən gün Azərbaycanda 77 yanğın olub - FHN

31847

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 77 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ötən sutka ərzində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, həmçinin dənizdə qeyri-çimərlik ərazidə batan Yaqubova Lalə Fətəli qızı və Həsənov Nizami Əbülfət oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO