Əks göstəriş SERTİFİKATI - Sənədi alan şəxslərin üzünə AÇIQ və BAĞLI qapılar

Əks göstəriş SERTİFİKATI - Sənədi alan şəxslərin üzünə AÇIQ və BAĞLI qapılar

Hazırda oxunan: Əks göstəriş SERTİFİKATI - Sənədi alan şəxslərin üzünə AÇIQ və BAĞLI qapılar

31845

Bu gündən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə Əks göstəriş sertifikatının verilməsinə başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bildirilib ki, əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa Əks göstəriş sertifikatı veriləcək.

Bəs, sözügedən serifikat COVID pasporunu əvəz edəcəkmi? Onu təqdim etməklə, girişi üçün vaksinasiya tələbi qoyulan məkanlara daxil olmaq mümkün olacamı?

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi əks göstəriş sertifikatı veriləcək şəxslərin imtiyazları ilə bağlı qaydalar hazırlayır.
 

MÖVZU İLƏ BAĞLI:

COVİD-19 ABŞ laboratoriyasından yayılıb? – ALİMDƏN İLGİNC AÇIQLAMA 


İlkin məlumatlara görə isə, sertifikatı olan şəxslərin vaksin peyvəndi tələb olunan əksər məkanlara girişinə icazə veriləcək. Amma bu zaman qoruyucu vasitələrdən istifadə tələbi qoyulacaq. Səyahət yasağı olan məkanlara getmələri isə yalnız müvafiq müayinədən sonra mümkün olacaq. 

Əks göstəriş sertifikatı xəstəliklərin kəskin dövründə veriləcək. Onu həm elektron qaydada, həm də kağız formasında əldə etmək olar. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO