Tovuzda aptekdən oğurluq edən şəxsin görüntüləri yayıldı - FOTO

Tovuzda aptekdən oğurluq edən şəxsin görüntüləri yayıldı - FOTO

Hazırda oxunan: Tovuzda aptekdən oğurluq edən şəxsin görüntüləri yayıldı - FOTO

31807

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Tovuz rayon regional Mühafizə Şöbəsinin əməkdaşları oğurluq edən şəxsi “iş başında” saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “Həyacan” siqnalı daxil olub.

Dərhal Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gəlib və aptekin arxa pəncərəsini sındıraraq içəri daxil olan şəxsi saxlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib. Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO