“Yırtıcı” ləqəbli narkobaron HƏBS EDİLDİ - EKSKLÜZİV - FOTO

“Yırtıcı” ləqəbli narkobaron HƏBS EDİLDİ - EKSKLÜZİV - FOTO

Hazırda oxunan: “Yırtıcı” ləqəbli narkobaron HƏBS EDİLDİ - EKSKLÜZİV - FOTO

31718

Rəis Mehman Əliyevin başçılığı ilə Quba rayon polis şöbəsinin əməkdaşları uğurlu əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, iyulun 19-da polisin narkotik əməliyyatı zamanı qaçıb aradan çıxan"Yırtıcı" ləqəbli narkoboran Rauf Rafiq oğlu Abbasov yenidən iş başında yaxalanıb. 

Rauf Abbasov daha 4 nəfər dəstə üzvü ilə evində narkotik maddə satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi - FOTOLAR


"Yırtıcı" bu dəfə də qaçıb aradan çıxmaq  istəyib və polis əməkdaşlarına müqavimət göstərsə də, qaçış cəhdi alınmayıb.

Quba rayon polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilən "Yırtıcı" artıq istintaqa cəlb edilib. Onunla birgə komandasının 4 nəfər iş birliyi olan üzvü də saxlanılıb. 

Əməliyyat-istintaq tədbirləri davam edir. Quba polisinin uğurlu əməliyyatları intensiv şəkildə davam edəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO