Şəmkir rayonunda 1985-ci il təvəllüdlü Səma Vilayət qızı Qasımovanın odlu silahdan atəş açılması barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Şəmkir Rayon Prokurorluğundan bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
MÖVZU İLƏ BAĞLI:
Övlad atasının ölümünə səbəb oldu – Qubada dəhşətli hadisə
Aparılmış araşdırmalarla müəyyən edilib ki, avqustun 07-də, saat 23 radələrində Şəmkir rayonu, Yeni-Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bizim.Media