Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi - FOTO

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi - FOTO

Hazırda oxunan: Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi - FOTO

31512

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı" kursunda iştirak edib.

Bizim.Media bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Təlimlərdə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO


Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO