Fərid Novruzi: “Dövlətin bir işarəsi kifayətdir”

Fərid Novruzi: “Dövlətin bir işarəsi kifayətdir”

Hazırda oxunan: Fərid Novruzi: “Dövlətin bir işarəsi kifayətdir”

3148

İş adamlarının işğaldan azad olunan ərazilərimizin müxtəlif sahələrində bərpa və quruculuq işlərində iştirakı üçün dövlətin bir kəlməsi kifayətdir.

Bunu Bizim.Media-ya "Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah Fərid Novruzi qarabağda həyata keçirmək istədiyi layihələrindən söz açarkən deyib:

“Mən işğaldan azad olunmuş Qarabağ torpaqlarında maddi-mədəni irsimizin əsas tərkibi olan məscidlər, tarixi-mədəni abidələrimizin yenidən bərpasında bir memar kimi iştirak etmək istərdim, töhfələrimi, köməkliyimi məhz bu sahəyə göstərmək niyyətindəyəm''.

''Bizmesmen olaraq da mənə təklif olunan  sahələrə də  öz maddi dəstəyimi göstərəcəm”.

Şuşanın mədəniyyət incilərini bərpasına töhfə vermək çoxdankı arzumdur, deyən Fərid Novruzi, mədəniyyət incilərinin bərpasında klassik görünüşün qorunması vacibliyini də vurğuladı:

“Qarabağda olan bütün  abidələrin arxivdə əsl görüntüləri var, ona görə özümüzdən nəsə fikirləşməyə ehtiyac yoxdur''.

''Bir memar kimi həmişə istəyində olmuşam ki, Şuşada olan Gövhər ağa və ya Aşağı Gövhər Ağa məscidlərinin bərpasında iştirakçı olum”. 

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO