Xaçmazdakı məktəb hər an uça bilər - FOTOFAKT

Xaçmazdakı məktəb hər an uça bilər - FOTOFAKT

Hazırda oxunan: Xaçmazdakı məktəb hər an uça bilər - FOTOFAKT

31471

Xaçmaz rayonunun Armudpadar kəndindəki 56 yaşlı məktəb qəzalı vəziyyətdədir.

Bu barədə Bizim.Media-ya kənd sakinləri məlumat veriblər. 

Sakinlər vurğulayıblar ki, 1965-cı ildə inşa edilən təhsil ocağının artıq divarlarında çatlar əmələ gəlib. Valideynlər bildiriblər ki, yeni dərs ilində övladlarını bu məktəbə göndərməyə ehtiyat edirlər, çünki məktəb hər an uça bilər. 

Sakinlər tezliklə kənddə müasir məktəbin tikilməsini arzu etdiklərini də vurğulayıblar. 

Xaçmaz rayon təhsil şöbəsinin rəsmisi Ağamirzə Əzimov Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbin yenidən inşa edilməsinə ehtiyac var. 

Onun sözlərinə görə, artıq Xaçmazın İcra başçısı Elnur Rzayev kənddə yeni-modul tipli məktəbin inşa olunması üçün Təhsil Nazirliyinə müraciət edib.  

Qeyd edək ki, Armudpadar kəndi Xaçmaz rayon mərkəzinin 2 kilometrliyində yerləşir.

Aytəkin Alxaslı, Xaçmaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO