Murovda 23 kilometrlik tunel tikiləcək

Murovda 23 kilometrlik tunel tikiləcək

Hazırda oxunan: Murovda 23 kilometrlik tunel tikiləcək

31450

Toğanalı-Kəlbəcər avtomobil yolundan ilboyu fasiləsiz istifadəsi üçün tunel çəkiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunan brifinqdə deyib.

O bildirib ki, sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.

Rəis müavini qeyd edib ki, 2021-ci il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu 23,4 kilometr təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu, imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO