Toğanalı-Kəlbəcər yolundan nə vaxt istifadə edə biləcəyik? - FOTO

Toğanalı-Kəlbəcər yolundan nə vaxt istifadə edə biləcəyik? - FOTO

Hazırda oxunan: Toğanalı-Kəlbəcər yolundan nə vaxt istifadə edə biləcəyik? - FOTO

31433

Bu il yanvarın 7-də Alban-Udi xriristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Bizim.Media xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

Onun sözlərinə görə, sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur:

“Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin”.

O, həmçinin qeyd edib ki, digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO