Polisi döyən deputatın həbsi ev dustaqlığı ilə ƏVƏZLƏNİR?

Polisi döyən deputatın həbsi ev dustaqlığı ilə ƏVƏZLƏNİR?

Hazırda oxunan: Polisi döyən deputatın həbsi ev dustaqlığı ilə ƏVƏZLƏNİR?

31426

Xəbər verildiyi kimi Milli Məclisin üzvü Eldəniz Səlimov həbs olunub. Avqustun 3-də Binəqədi Rayon Məhkəməsində hakim istintaq dövründə onun həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib. Deputatın barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır, Eldəniz Səlimov istintaq dövründə həbsdə saxlanılırmı?

Bizim.Media xəbər verir ki, törətdiyi əməllə karyerasına son qoyan Eldəniz Səlimov iki gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ


Məlumata görə istintaq dövründə Eldəniz Səlimovun cəzası ev dustaqlığı ilə əvəzlənəcək. Mənbə bildirib ki, ittiham olunan şəxs təcridxanada saxlanılmasına etiraz edir.

Yaxın günlərdə hüquqlarını müdafiə edən vəkil müvəkkilinin cəzasının ev dustaqlığı ilə əvəz olunması üçün vəsadət qaldıracaq. 

Eldəniz Səlimovun həbs olunmasına baxmayaraq, hələ deputat hesab olunur. Konstitusiyanın 89-cu maddəsinə əsasən, Eldəniz Səlimov ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvəyə minəndən sonra mandatı ləğv olunacaq. 

Xatırladaq ki, 45 yaşlı deputat iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə öz əksini tapıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO