Qubada 675 yaşı olan təbii ABİDƏ - FOTO

Qubada 675 yaşı olan təbii ABİDƏ - FOTO

Hazırda oxunan: Qubada 675 yaşı olan təbii ABİDƏ - FOTO

31173

“Qubanın Əski-İqriq kəndinin  mərkəzində qədim və möhtəşəm görünüşlü  bir çinar ağacı var. Еl arasında "Xan çinar" adı ilə tanınan və gövdəsinin diametri 16 metr olan bu təbii abidə yerli sakinlər tərəfindən qorunur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Xan çinarın sorağına AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə bazasının aparıcı elmi işçisi, biologiya elmləri namizədi Dilşad Bayramova ilə birlikdə adı çəkilən kəndə gələn Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev səsləndirib.

Onun sözlərinə görə, 600-dən çox yaşı olan bu ağacın üzərində qədimiliyini göstərən hər hansı bir lövhə yoxdur.

Müxbirimizlə söhbətində Quba şəhər icra nümayəndəsi Elvin Hüseynov çinarın gövdəsinə qorunması üçün dəmir parçasını  kənd sakinləri Səməndər və Ramiz Məmmədovların vurduğunu dedi.

Səməndər Məmmədov isə bunu özlərinin vətəndaşlıq borcu olduğunu bildirdi və bütün sakinlərin qədim tarixi olan bu çinarın mühafizəsində maraqlı olduğunu söylədi. 

Bəs görəsən rəsmi qurumların bu ağacdan xəbərləri varmı?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası  üzrə Dövlət Xidmətinin Quba rayonu üzrə nümayəndəsi Rüstəm Məlikov bu barədə məlumatı Quba şəhər icra nümayəndəsindən eşitdigini dedi və qeyd etdi ki, məsələni araşdıraraq rəhbərliyə məlumat verəcək və qəbul ediləcək qərara əsasən ağacın qorunması ilə bağlı müvafiq tədbir görüləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Namiq  Həmidovdan öyrəndik ki, ağacın yaşı 600-dən çoxdur və 1989 -cu ildə qeydiyyata alınıb.

Elvin Hüseynov isə ekoloqlara istinadən Xan çinarın təxminən 675 yaşı və ağacın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olduğunu bildirdi.

Ümid edək ki, Nazirliyin səlahiyyətliləri Xan çinarla bağlı öz qərarlarını verəcək və tezliklə ağacın üzərində qorunmasını göstərən  lövhə və məlumat yerləşdirəcək.

Bu həm də Qubaya gələn çoxsaylı əcnəbi turistlər üçün də maraqlı olacaq.  

Axı Qubanın məşhur otellərindən biri adı "Qırmızı kitab"a düşən bu  çinarın beş addımlığında yerləşir.

Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO