Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyindən kadr dəyişiklikləri barədə məlumatlara AYDINLIQ
“Bildiririk ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, deyə mesajda vurğulanır.
Bizim.Media