Sumqayıtdakı ictimai iaşə müəsissələrində polis xofu

Sumqayıtdakı ictimai iaşə müəsissələrində polis xofu

Hazırda oxunan: Sumqayıtdakı ictimai iaşə müəsissələrində polis xofu

31029

 

Sumqayıtın dənizkənarı parkında, sahilə yaxın ərazidəki ictimai iaşə müəssisələrində sözün həqiqi mənasında polis xofu hökm sürür. 

Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, bu xofun nəticəsidir ki, obyektlərdə müştərilərə qarşı qəribə və qeyri-etik münasibət sərgilənir: 

“Şəhərin bu hissəsində yerləşən ictimai iaşə müəssisələrinin əksəriyyəti vətəndaşların ailəvi istirahət üçün nəzərdə tutulub və burada müştərilərə məxsusi otaqlarda xidmət göstərir. Yəni bu obyektlər sakit, səssiz bir ortamda vaxt keçirmək istəyən insanlar üçün nəzərdə tutulub. Lakin son bir aydır ki, bura gələn müştərilər qəribə münasibətə şahid olurlar. Belə ki, sözügedən ictimai iaşə obyektlərinə məxsus otaqlarda əyləşən vətəndaşlar qarşısında obyekt əməkdaşları tərəfindən qəribə şərtlər qoyulur. Onlara bildirilir ki, otaqda olduqları müddət ərzində pərdələri qapamaq və qapını örtmək olmaz. Buna səbəb kimi, bu cür halların polisin diqqətini cəlb etdiyi bildirilir. Vətəndaşlar isə hesab edir ki, müştərilərə əxlaqsız insanlar kimi davranmaq, onlara bu cür münasibət sərgiləmək qeyri-etikdir. Onların fikrincə, əxlaqsızlıqla mübarizəni vətəndaşların ləyaqətinin təhqiri üzərində qurmaq yolverilməzdir və bunun özü əxlaqi baxımdan təqdirəlayiq sayıla bilməz”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO