SON DƏQİQƏ: Sabiq deputat Eldəniz Səlimov saxlanıldı

SON DƏQİQƏ: Sabiq deputat Eldəniz Səlimov saxlanıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Sabiq deputat Eldəniz Səlimov saxlanıldı

31001

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb.

Bizim.Media xəbər verir ki, E. Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Xatırladaq ki, Milli Məclisin üzvü  Eldəniz Adil oğlu Səlimovun deputat toxunulmazlığına bu gün xitam verilib. Bu haqda qərar parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Milli Məclisə deputatın toxunulmazlığı ilə bağlı təqdimat Baş prokuror Kamran Əliyev tərəfindən verilib. 

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO