Toyda qonağı bıçaqlayan şəxs saxlanıldı

Toyda qonağı bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Toyda qonağı bıçaqlayan şəxs saxlanıldı

30843

Goranboy rayon Todan kənd ərazisində keçirilən toy mərasimində qonağa bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, kənd ərazisində keçirilən toy mərasimi zamanı düşən mübahisə zəminində, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğluna kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, xəsarət alan xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO