1 avqust 2014-cü il Azərbaycan Silahlı Qüvvələri tarixində mühüm yer tutan qəhrəmanlıq səhifələrindən biri kimi daxil olub.
Bizim.Media xəbər verir ki, 2014-cü ilin İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Ermənilərin bütün təxribatlarının qarşısı ordumuzun hərbçiləri tərəfindən layiqincə alınıb. Həmin gecədə Azərbaycan postlarına soxulan erməni terrorçuları ciddi itkilərə məruz qalıb.
Düşmənin hücumlarının qarşısını alarkən ordumuzun 13 əsgəri şəhid olub.
1) Gizir İsa Almazov
2) Gizir Pərvin Əliyev
3) Gizir Rahil Hüseynov
4) Gizir Elçin Əhmədov
5) Əsgər Elvin Əsgərov
6) Əsgər Əli Rəhimov
7) Əsgər Səftər Məmmədov
8) Əsgər Mustafa Əlicoşqunov
9) Əsgər Elnur İbrahimov
10) Əsgər Vüqar Poladov
11) Əsgər Qaryağdı Əhmədov
12) Əsgər Hüseyn Abdinov
13) Əsgər Sərxan Quliyev
Allah rəhmət etsin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 01.08.2021
Bu gün 13 şəhidimizin ildönümüdür - 7 il keçir
Hazırda oxunan: Bu gün 13 şəhidimizin ildönümüdür - 7 il keçir
Hazırda oxunan: Bu gün 13 şəhidimizin ildönümüdür - 7 il keçir
30720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.