Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - NAZİR

Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - NAZİR

Hazırda oxunan: Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - NAZİR

30620

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial-iqtisadi islahatların uğurları sosial sığorta sistemində də özünü göstərir. Son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) büdcədən transfert 40%-dən 25%-ə enib.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin fəaliyyət sahələrində bu ilin ilk yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında bildirib.

Cari ilin 6 ayında da sosial sığorta daxilolmalarının 7,8 faiz və ya 133,7 mln. manat artaraq 1836,3 mln. manat təşkil etdiyini qeyd edən nazir həmçinin sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayının 95,3 min nəfər artaraq 4,5 milyon nəfərə çatdığını deyib.

O, əmək pensiyalarının indeksləşdirilərək artırılması məqsədilə də 2021-ci ilin 6 ayında 220 mln. manat vəsait xərcləndiyini, bu artımın 1 milyon 140 min pensiyaçını əhatə etdiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO