“Ağ ölümə yox deyək” videoçarx müsabiqəsinin qalibləri açıqlandı – FOTO

“Ağ ölümə yox deyək” videoçarx müsabiqəsinin qalibləri açıqlandı – FOTO

Hazırda oxunan: “Ağ ölümə yox deyək” videoçarx müsabiqəsinin qalibləri açıqlandı – FOTO

30583

Xəzər rayonundakı Gənclər evində narkomaniyanın fəsadlarına dair “Ağ ölümə yox deyək!” adlı videoçarx müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən Bizim.Media-ya bildiriblər ki, BŞGİBİ və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müsabiqə iştirakçıları və qaliblər iştirak ediblər.

Müsabiqə qaliblərinin çəkdikləri videoçarxlar 3-5 dəqiqəni əhatə edib.

Qalib iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.

Nəticələrə əsasən I yerə Nəzrin Abdullayeva, II yerə Elgün Qulamov, Zəhra Əhmədzadə, III yerə Əliəkbər Novruzov layiq görülüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO