"Zəfər" düşərgəsinin bağlanış mərasimində bir həftə təlim keçən şəhid övladlarına sertifikatlar və hədiyyələr təqdim edilib.
Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyinin və Bakı Dövlət Sirkinin təşkil etdiyi bağlanış mərasimindı ümumilikdə 8 qrupdan ibarət 74 şəhid övladına təlim bacarıqlarına görə sertifikat verilib.
MÖVZU İLƏ BAĞLI:
"Zəfər" düşərgəsinin BAĞLANIŞ mərasimi baş tutdu - FOTO
Daha sonra bağlanış mərasimi Bakı Dövlət Sirkinin ansamblı ilə əyləncəli musiqili proqramlarla davam edib.
Xatırladaq ki, Qubanın Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyində (Quba STEAM Mərkəzi) "Zəfər" düşərgəsinin bağlanış mərasimi baş tutub. Düşərgənin əsas məqsədi uşaqların yeni biliklər öyrənməklə yanaşı mənalı istirahətlərinin təmin olunmasıdır.
Alçina Amilqızı, Bizim.Media