Topçu Vüsalın maketi məktəblərə paylanıldı - FOTO

Topçu Vüsalın maketi məktəblərə paylanıldı - FOTO

Hazırda oxunan: Topçu Vüsalın maketi məktəblərə paylanıldı - FOTO

30536

Məğrur duruşu ilə tarix yazan topçu Vüsal Şahkərimovun doğum günüdür. Qubanın "Zəfər" düşərgəsi topçu Vüsalın stendini hazırlayıb və orta məktəblərə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi tərəfindən Qubanın "Zəfər" düşərgəsinə təşkil edilən media turda Quba STEAM Mərkəzinin müəllimi Lalə Məmmədova məlumat verib. 

O deyib ki, tarix yazan qəhrəmanımızın şücaəti arxa cəbhəni çox sevindirib. Bu səbəbdən onun maketi canlandırılaraq hər bir təhsil müəssisəsinə verilib:

"Qəhrəmanlıq həm doğuşdan, həm də duruşdan bilinir. Vüsalı bir daha Quba STEAM Mərkəzi adından təbrik edirik, onunla qürur duyuruq. Düşərgəmizdə təlim keçən və istirahət edən uşaqlarımıza uğurlar diləyirik. Onlar bir həftəlik proqramlarında xeyli təlimlərə imza atdılar. Hansı ki, öyrəndikləri rəng seçimləri, müxtəlif kompüter proqramları gələcəkdə peşə seçimlərinə töhfə verəcək".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO