Bakıda əkilən AĞACLAR – Küləklə sovrulan dövlət vəsaiti və TƏHLÜKƏ MƏNBƏYİ

Bakıda əkilən AĞACLAR – Küləklə sovrulan dövlət vəsaiti və TƏHLÜKƏ MƏNBƏYİ

Hazırda oxunan: Bakıda əkilən AĞACLAR – Küləklə sovrulan dövlət vəsaiti və TƏHLÜKƏ MƏNBƏYİ

30532

Son bir neçə gündə küləkli hava şəraiti Bakıda növbəti dəfə ağacların aşması və sakinlərə təhlükə yaratması ilə nəticələnib.

Qeyd edək ki, adətən bu cür hava şəraitində Bakıda irigövdəli ağaclar aşır. Bu da həmin ağac növlərinin yarımadanın iqliminə nə qədər uyğun olduğu ilə bağlı məsələni aktuallaşdırır.

Ekspertlər hesab edir ki, bina və evlər üçün onlar özülü nə qədər əhəmiyyət daşıyırsa, ağac və bitkilər üçün də torpaq amili o qədər əhəmiyyətlidir. Abşeron yarımadasında şorakətvari, boz-qonur və boz-qəhvəyi torpaqlar üstünlük təşkil edir ki, bu torpaqlarda üzvi və mineral maddələrin miqdarı aşağıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ağacları sığortalamaq mümkün olacaq


Digər tərəfdən isə bitkilərin formalaşmasında iqlim amili mühüm rol oynayır. Ekspertlər də qeyd edir ki, bu amillər nəzərə alınmadan şəhərdə irigövdəli, eyni zamanda dekorativ ağacların əkilməsi yol verilməzdir. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Bizim.Media-ya açıqlamasında bildirib ki, Abşeron yarımadasında irigövdəli ağaclar əkmək olmaz.

Onlar yarımadanın iqliminə uyğun deyil: 

“Bakı yarımsəhra və çöl iqlimində yerləşir. Bu cür iqlimə eldar şamı, qovaq, püstə, iydə ağacları uyğundur. Onların kökləri çox da dərinə getmir. İrigövdəli ağacları sınaqdan keçirirlər, burada bitir, amma onların bizə faydası olmur. Əvvəllər Bakıda əsasən qovaq ağaclarının əkilməsinə üstünlük verirdilər. Bu ağac havanı təmizləyir, küləyin qarşısını alır, şəhərin havasını oksigenlə zənginləşdirir. İndi isə qovaqları kəsməyə başlayıblar ki, onlar alergiya yaradır”.

Bəs, şəhərsalma işlərində hansı ağacların əkilməsi nəzərə alınırmı?

Ekoloq deyib ki, son zamanlar şəhərsalma məsələlərində daha çox xarici mütəxəssislərə müraciət olunur: 

“Onlar isə yerli iqlim şəraitini bilmirlər”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO