"Zəfər" düşərgəsinin BAĞLANIŞ mərasimi baş tutdu - FOTO 

Hazırda oxunan: "Zəfər" düşərgəsinin BAĞLANIŞ mərasimi baş tutdu - FOTO 

30530

Qubada Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi "Zəfər" düşərgəsinin bağlanış mərasimi olub. 

Bizim.Media xəbər verir ki, bir həftəlik Qubanın Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyində (Quba STEAM Mərkəzi)  "Zəfər" düşərgəsi şəhid övladları üçün Təhsil Nazirliyinin təşəbbüsü ilə baş tutub.  

Ümulikdə 74 şəhid övladının qatıldığı düşərgəyə media tur da təşkil edilib.

Bir həftə davam edən tədbirdə uşaqlar üçün müxtəlif istiqamətlərdə təlimlər, əyləncəli proqramlar və sirk də təşkil olunub. 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin sözlərinə görə, düşərgənin əsas məqsədi uşaqların yeni biliklər öyrənməklə yanaşı mənalı istirahətlərinin də təmin olunmasıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO