Şimşəkdən sonra havada zəhər qatı artır - Ozon haqqında BİLMƏDİKLƏRİMİZ

Şimşəkdən sonra havada zəhər qatı artır - Ozon haqqında BİLMƏDİKLƏRİMİZ

Hazırda oxunan: Şimşəkdən sonra havada zəhər qatı artır - Ozon haqqında BİLMƏDİKLƏRİMİZ

30498

Yağışdan sonra ozon ətrafı bürüyəndə hər kəs bu xüsusi təravətli qoxu ilə nəfəs almaq istəyir. Bu isə his olunduğu kimi ziyansız iy deyil. 

Bizim.Media xəbər verir ki, ozonla zəngin havanı udmaq bəzən sağlamlıq üçün zərərlidir. 

Ozonun fayda və özəllikləri    

Əvvəlcə onu deyək ki, təmiz hava ətiri şimşəkdən sonra hiss olunur. Bu ətir isə oksigenlə elektrik, yaxud ultrabənövşəyi şüalanmanın təsirindən yaranır. Ozon tibbin müxtəlif sahələrində istifadə olunur. Estetik tibb və kosmetologiyada ozondan daha çox yararlanırlar. Çünki ozon selulitin aradan qaldırılması və başqa kosmetik deffektləri aradan qaldırır. Həmçinin zədələnmiş dərinin bərpasına da müsbət təsir göstərir. 

Zəhərli tərəfləri

Çox adam ozonun ziyanlı tərəflərindən məlumatsızdır. Çox miqyasdaykən o zəhərlidir. Ozon nəfəs, qan-damar sistemləri və ürəyə pis təsir göstərir. Buna görə də şimşəkdən sonra yürüşə çıxmaq tövsiyə olunmur. Ələlxüsus da, yaşlı insanlar, azyaşlılar, astmatik, ürəyi zəif olanlar, ağciyər problemlilər belə havada gəzintiyə çıxmasın. İri şəhərlərdə ozonun yığılması küləksiz. İsti havalarda qeydə alınır ki, gəzib-dolaşmaq olmaz. Bununla yanaşı elektrik xətləri olan rayonlarda yaşamaq təhlükəsiz deyil. Çünki elektrik xətlər də toksik ozon mənbəyidir. Ozon ifraz edənlər arasında ofis aparatları da var – kopiya aparatları və havatəmizləyicilər.

Bu səbəbdən də, belə cihazların yanında çox dayanmaq baş gicəllənməsi, baş ağrısı və zəifliyə səbəb ola bilər. 

Bəzi tibb işçiləri ozonoterapiyaya da skeptik (inamsız, şübhə ilə) yanaşır. Onlar iddia edir ki, ozon yaxşı öyrənilməyib və onun vasitəsilə terapiya müxtəlif formalarda təsir göstərə bilər. Hətta DNT mutasiyaları və onkologiyanın genişlənməsi də mümkündür. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO