Xəzərin HASARLANMASI - Millət vəkili Baş Prokurora müraciət etdi

Xəzərin HASARLANMASI - Millət vəkili Baş Prokurora müraciət etdi

Hazırda oxunan: Xəzərin HASARLANMASI - Millət vəkili Baş Prokurora müraciət etdi

30476

Xəzər dənizinin sahillərinin hasarlanması, əhalinin çimərliklərə çıxışının məhdudlaşdırılması problemi yenə də gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Deputat müraciətin mətnini sosial şəbəkə hesabında da paylaşıb. Qeyd edək ki, müraciət əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları 9-cu dalan massivində yaşayan sakinlərin millət vəkilində şikayətləri əsasında hazırlanıb.

Millət vəkili bildirib:

“Xəzər dənizinin qeyd olunan ərazisində sahilboyu zolaq altında olan torpaqlar, vətəndaşların ümumi istifadəsindəki yol sahəsi yerli əhalinin maraqları, ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Qanunsuz yollarla torpaq sahələrini əldə etmiş şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla dəniz kənarı zolaqda bağ evləri və digər obyektlər inşa edilib, sakinlərin dəniz sahilinə çıxışı məhdudlaşdırılıb”.

Millət vəkili bildirib ki, həmin ərazinin hasarlanması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması vəzifəli şəxslərlə sahibkarların qabaqcadan əlbir olması yolu ilə cinayət əlaqəsinə girmələrinin nəticəsidir:

“Bu əməldə cinayət tərkibi olduğundan müraciətimin araşdırılmasınına, eləcə də cinayət əməli törətmiş vəzifəli şəxslərin və sahibkarlıq subyektələrinin cinayət məsuliyyətinə cəlb edilməsinə, dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə vurulmuş zərərin aradan qaldırılmasına yardımçı olmağınızı xahiş edirəm”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO