Peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO

Peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO

Hazırda oxunan: Peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO

30291

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Bizim.Media xəbər verir ki, növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında kecirilib.

Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Şadlıq sarayının inzibatçıları həbs edildi - FOTO


Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO