Yağış və külək Xaçmazda fəsadlar törətdi - TƏRƏFFÜAT

Yağış və külək Xaçmazda fəsadlar törətdi - TƏRƏFFÜAT

Hazırda oxunan: Yağış və külək Xaçmazda fəsadlar törətdi - TƏRƏFFÜAT

30273

Azərbaycanın şimal bölgəsində gecə saatlarından başlayaraq yağan yağış və güclü külək Xaçmazın enerji təsərrüfatına ziyan vurub.

Bizim.Media-ya bu haqda informasiyanı Xaçmaz İH başçısının müavini, rayon Fövqəladə Hallar Komitəsinin sədri Bəxtiyar Osmanov verib.

Onun sözlərinə görə, gecə saatlarından Xaçmazın 12-yə yaxın kəndində elektrik enerjisi kəsilib:

“Bəzi xəttlərdə qırılmalar olub. Hazırda "Azərişıq” ASC-nin Xaçmaz rayon şöbəsinin qəza briqadası fəsadların aradan qaldırılması ilə məşğuldur”.

Əldə etdiyimiz digər məlumata görə, Xaçmazın Palıdlı kəndində  gecədən məhdudiyyətlə verilən işıq səhər saat 10 radələrindən tamamilə sönüb.

Əksər kəndlərdə su quyuları  işıqla işlədiyindən su problemi yaranıb. Elektrik enerjisinin yaxın saatda bərpa ediləcəyi deyilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO