İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.
Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.
O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:09 / 28.07.2021
Xalq artisti Leyla Şıxlinskaya məhkəməyə verildi - SƏBƏB
Hazırda oxunan: Xalq artisti Leyla Şıxlinskaya məhkəməyə verildi - SƏBƏB
Hazırda oxunan: Xalq artisti Leyla Şıxlinskaya məhkəməyə verildi - SƏBƏB
30262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.