SOCAR-da vəzifəli şəxs işdən çıxarıldı

SOCAR-da vəzifəli şəxs işdən çıxarıldı

Hazırda oxunan: SOCAR-da vəzifəli şəxs işdən çıxarıldı

30242

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev tutduğu vəzifəsindən azad edilib.

Bunu Bizim.Media-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, V.Əliyev ərizəsi ilə işdən azad edilib. Bununla yanaşı, V.Əliyev SOCAR-ın Türkiyədəki fəaliyyətlərində də öz vəzifələrinin dayandırılması barəsində də müraciət edib.

“Beləliklə, V.Əliyev SOCAR-da öz fəaliyyətini dayandırıb”, - deyə İ.Əliyev bildirib.

O, əlavə edib ki, V.Əliyevin tutduğu vəzifəyə hələ ki təyinat olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO