SAXTA “Sirab” süfrəmizdə – İstehsalçılar AXTARIŞDADIR - FOTO

SAXTA “Sirab” süfrəmizdə – İstehsalçılar AXTARIŞDADIR - FOTO

Hazırda oxunan: SAXTA “Sirab” süfrəmizdə – İstehsalçılar AXTARIŞDADIR - FOTO

30234

Azərbycanda daha bir istehlakçıların kobud şəkildə aldadılması faktı baş verib. Bu dəfə işbazların “Sirab” brendinin adından istifadə edərək, saxta suların satışı ilə məşğul olduğu üzə çıxıb.

Məlum olub ki, Ağcabədi rayonunda “sirab” butulkalarına təkrar su doldurularaq, “Zəhra bulağı” adı ilə istehlakçılara təqdim olunur. 

İddia olunur ki, həmin sular Bakıda fəaliyyət göstərən bəzi restoranlarda süfrəyə qoyulur. Butulkanın aşağı hissəsində “sirab” yazılması ilə bağlı suala cavab olaraq isə bildirilib ki, bunlar elə “sirab”dır, sadəcə adları dəyişdirilib.

İstehsalçı şirkətdə bununla bağlı məlumat varmı və ölçü götürülməsi nəzərdə tutulurmu? 
 

MÖVZU İLƏ BAĞLI:

Ətə qoyulan MƏHDUDİYYƏT - Yerli istehsal təlabatı ödəyəcəkmi?


Babək “Sirab” ASC-nin Bakı ofisinin inzibati işlər direktoru Sərkərdə Sərxanoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı şirkətdə məlumat var: 

“Bu kimlərinsə əməyindən istifadə edib, asan pul qazanmaq yolunu tutan fürsətçilərin əməlidir. Bu cür hallar zaman-zaman təkrarlanır. Respublikanın müxtəlif yerlərində işbazlar bizim “sirab” butulkalarını geri yığmamağımızdan istifadə edərək, onları əldə edirlər. Adını dəyişdirərək, içərisinə su dolduran da, limonat dolduran da olub. “Sirab”  ölkənin milli brendidir, bu addım istehlakçıların hüquqlarının pozulması ilə bərabər həm də insan sağlamlığına təhlükə deməkdir. Bu sudan istifadə zəhərlənməyə də gətirib çıxara bilər”.  

“Sirab” təmsilçisi bildirib ki, hazırda şirkətdə faktla bağlı araşdırma aparılır: 

“Biz Azərbaycan qanunvericiliyinə müvafiq qaydada tədbirlər görəcəyik, aidiyyəti qurumlara müraciət edəcəyik ki, bu əmələ yol verənlərə, eləcə də yol vermək istəyində olanlara dərs olacaq tədbirlər görülsün. Amma ilk növbədə bu işlə məşğul olan şəxsləri taparaq, onların özlərini bu əməllərinin nəticəsinin necə ola biləcəyi ilə bağlı məlumatlandıracağıq. Ona görə də həmin şəxslərin koordinatlarını axtarırıq. Tədbir görülməyəcəyi təqdirdə lazımı addımlar atılacaq. Qanunvericilikdə hansısa markadan marka sahibinin xəbəri olmadan istifadə olunması ciddi şəkildə məsuliyyət yaradır. Bu fəaliyyətdən gələn gəlirdən də çox onlara cərimə yazılır, hətta bildiyim qədər cinayət işi də açıla bilər”.

Sərkərdə Sərxanoğlu qeyd edib ki, faktla bağlı AQTA-ya, İqtisadiyyat Nazirliyinə və digər qurumlara müraciət ediləcək: 

“Amma bir daha qeyd etmək istəyirəm ki, baş verən hadisənin “Sirab” şirkətinə qətiyyən aidiyyəti yoxdur. İstehlakçılarımız aldanmasın - “Sirab” brendi öz adı altında şatışdadır”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO